CƏMİYYƏT


Avtomobillərdə pərdə və jalüzlərdən istifadə müddəti başa çatır

Noyabrın 15-dən avtonəqliyyat vasitələrində pərdə və jalüzlərdən istifadə müddəti başa çatır. Yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndiriləcək və bu istiqamətdə müvafiq tədbirlər görüləcək, qanunla qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülər cərimələnəcək. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.