Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Böyük dövlət xadimi Əziz Əliyevin 120 illiyi qeyd edilib

25.01.2017 [13:15]

Xəbərin mətni
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda böyük dövlət xadiminin və alimin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ETTOİ-nin direktoru, tibb elmləri doktoru, professor Vaqif Verdiyev giriş nitqində xatırladıb ki, bu yaxınlarda özünün 70 illiyini qeyd etmiş institut hərbi hospitalın bazasında yaradılıb. 1951-1959-cu illərdə ETTOİ-nin direktoru böyük siyasi xadim, professor Əziz Əliyev olub.