CƏMİYYƏT


Onlar “Məktəblinin dostu”dur – REPORTAJ

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “Məktəblinin dostu” Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edir. Hazırda layihə üzrə 112 nəfər əməkdaş çalışır. Qısa müddət ərzində “Məktəblinin dostu” şagirdlərin etimadını qazana bilib.