CƏMİYYƏT


Havaların kəskin isti keçməsi günvurma riskini artırıb

Mütəxəssislər gün vurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə etməyi, çoxlu sərin maye qəbul etməyi tövsiyə edir. Mərkəzi Neftçilər Xəstəxanasının terapiya şöbəsinin müdiri Ədalət Abdullayev deyir ki, günvurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, ona soyuq su vermək lazımdır. Xəstənin vəziyyəti ağırlaşarsa dərhal təcili yardım çağırmaq vacibdir.