CƏMİYYƏT


Bu günə qədər Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb

Azərbaycanda bu günə qədər 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb. Bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əvvəllər xəstələrin 40 faizi xaricə gedib qayıdanlar idisə, bu gün xəstələrin 95 faizi artıq xaricə getmir. Şöbə müdiri əlavə edib ki, orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirib.