CƏMİYYƏT


Bakıda 41-ci Dünya Skaut Konfransı keçirilir

Avqustun 14-də Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə başlayıb. AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi bu beynəlxalq tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. Dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən çox skautun qatıldığı tədbirdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksəkvəzifəli rəsmilər iştirak edirlər.