CƏMİYYƏT


Şimal rayonlarından olan 200-dən çox məktəbli maarifləndirici tur-aksiyaya qoşulub

Noyabrın 16-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola çıxıblar. AZƏRTAC xəbər verir ki, şimal-qərb bölgəsinə ekskursiyada Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının 200-dən çox yuxarı sinif şagirdi, onları müşayiət edən müəllimlər iştirak edir.