CƏMİYYƏT


Antiradarların satışını təşkil edən 3 nəfər saxlanılıb

Respublikanın avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.