CƏMİYYƏT


Bakıda qadınlar arasında ilk dəfə Startup yarışı keçirilir

Global Startup Weekend Women tədbirinə bu il Bakı da qoşulub. Fevralın 9-da ADA Universitetində təşkil olunan yarışın açılış mərasimində çıxış edən NEXT Step İnnovasiyalar Mərkəzinin əməkdaşı Kəmalə İsmayılova bildirib ki, “Boş durma, hərəkət et” şüarı ilə keçirilən yarış 9-11 fevral tarixlərində baş tutacaq.