CƏMİYYƏT


Ötən il Azərbaycanda 144 min 41 körpə doğulub

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb. Doğulan körpələrin 2586-sı əkiz, 57-si üçəm olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb .