CƏMİYYƏT


“ASAN xidmət” və “ABAD” Azərbaycanın yeni simasını təmsil edir

“ASAN xidmət” və “ABAD” Azərbaycanın yeni simasını təmsil edir. Hər iki qurum bu gün Azərbaycan brendinə çevrilib. AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas fevralın 16-da "Məlumat təhlili və kiçik biznesin inkişafı təşəbbüsünü ("ABAD") gücləndirmək üçün ASAN-a dəstək" layihəsinin bağlanış mərasimində deyib.