CƏMİYYƏT


Xaçmazda qəza: 3 ölü

Fevralın 18-də axşam saatlarında Xaçmaz-Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı üçə çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Xaçmaz rayonunun Alıc kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı yük avtomobili “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.