CƏMİYYƏT


“ASAN xidmət”də nikahı qeydə alınan cütlüyə 110 yaşlı “Leyli və Məcnun” təbriki

“ASAN xidmət” dahi bəstəkar Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operanın - “Leyli və Məcnun”un tamaşaya qoyulmasının 110 illik yubileyini özünəməxsus şəkildə qeyd edib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, Xalq Artisti, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov, Xalq Artisti Gülyaz Məmmədova “ASAN xidmət”də nikahı qeydə alınan cütlüyü təbrik ediblər. Belə ki, sənətçilər Məcnun və Leyli obrazında operadan kiçik bir parça canlı ifa edərək cütlüyə xeyir–dua veriblər.