CƏMİYYƏT


Sumqayıtda fevral hadisələrinə həsr  edilən “dəyirmi  masa” keçirilib

1988-ci  il  fevralın 27-29-da Sumqayıt hadisələrində zərərçəkən ermənilərin əksəriyyəti “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Bu isə Sumqayıt hadisələrinin məhz ermənilərin özləri tərəfindən məqsədli şəkildə törədildiyinə sübutdur. AZƏRTAC xəbər verir ki, bu faktlar Sumqayıtda 1988-ci  ilin  fevral hadisələrinə həsr  edilən “dəyirmi  masa”da səsləndirilib.