CƏMİYYƏT


“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Qəbələdə olublar

Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən Gəncə, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı, Tərtər və Gədəbəy məktəbliləri martın 17-də Qəbələnin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, rayonun müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəniyyət abidələri, coğrafiyası, turizm obyektləri və muzeyləri ilə tanış olublar.