CƏMİYYƏT


Daxili işlər orqanları seçki ərəfəsində və səsvermə günündə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Aprelin 11-nə təyin edilmiş prezident seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə martın 30-da Şəki şəhərində keçirilən regional seminar-müşavirədə səsləndirilib.