CƏMİYYƏT


Mühafizə polisi evə oğurluq məqsədi ilə daxil olan şəxsi tutub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri Nərimanov rayonu ərazisində baş verib. Belə ki, iyunun 2-də gecə saatlarında paytaxt sakini Asəf Nuruşov Koroğlu Rəhimov küçəsində xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına yaxınlaşaraq evinə naməlum şəxsin oğurluq məqsədilə daxil olduğunu bildirib və polislərdən kömək istəyib.