Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür

25.06.2018 [15:10]

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar iyunun 26-sı “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, iyunun 27-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.