CƏMİYYƏT


Bakıda qadının başına zərbə endirib sırğasını oğurlayan şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda qadına qarşı quldurluq edilib. Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verib. Belə ki, qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib.