CƏMİYYƏT


Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində üç gün ərzində 71 əcnəbi saxlanılıb

DMX-dən bildiriblər ki, Xidmət tərəfindən üç gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşları olan 71 əcnəbi saxlanılıb. Onlardan 10 nəfərinin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.