Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasının yoxlanılması məqsədilə reydlər keçirilib

24.08.2018 [13:09]

Xəbərin mətni
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Novxanı qəsəbəsinin ərazisindəki çimərliklərdən başlayan tədbir zamanı çimərlik ərazisində sənaye və məişət tullantılarının qalaqlanmasına və yandırılmasına görə “Bizim Kəndimiz”, eləcə də “Sultan” ailəvi istirahət mərkəzlərinin icarədarları - İlqar Allahverdiyevin və Fərahim Möhbalıyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokollar tərtib edilib.