CƏMİYYƏT


Xaçmazda kafedə əxlaqsızlıq yuvası aşkar olundu

Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, avqustun 25-də gecə saatlarında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.