CƏMİYYƏT


Yol polisi Saray postunda reyd keçirib

Reyd zamanı 30-a yaxın avtomobil saxlanılıb. Onların arasında uzaq məsafələrə sərnişin daşımaqla məşğul olan mikroavtobuslar da olub. Yol Patrul Xidməti əməkdaşları tərəfindən mikroavtobus sürücüləri ilə söhbətlər aparılıb, sənədlərinin qaydasında olmasına nəzər yetirilib. Avtomobili sərxoş idarə edən sürücülər də aşkarlanıb.