CƏMİYYƏT


Gəncə Şəhər Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Sentyabrın 29-da Gəncə Şəhər Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə Şəhər İdarəsinin rəisi, polkovnik Əli Əliyev və hüquq mühafizə orqanlarının əməkdaşları, ədliyyə işçiləri iştirak ediblər.