CƏMİYYƏT


Sərnişindaşıma ilə məşğul olan şirkətlərə sürücülük vəsiqəsi olmayan sürücülərə etibar etməmələri tövsiyyə olunur

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub. Yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov qəza nəticəsində iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb. Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb.