CƏMİYYƏT


Kiyevdə ən uca göydələndə Azərbaycan bayrağı əks olunub

SOCAR-ın Ukrayna nümayəndəliyi Azərbaycan Respublikasının dövlət bayrağının 100 illiyinə həsr olunan genişmiqyaslı tədbirlər keçirib. AZƏRTAC xəbər verir ki, Ukraynanın aparıcı kütləvi informasiya vasitələri, o cümlədən ingilisdilli “Kyiv Post” qəzeti Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. Bundan başqa, Azərbaycan bayrağı Ukraynanın ən yüksək göydələninin - “Gulliver” Ticarət və Əyləncə Mərkəzinin fasadında əks olunub.