CƏMİYYƏT


Şabranda “müalicə etmək” adı ilə gəncin ölümünə səbəb olan şəxslər saxlanılıb

Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun Şabran şəhərindəki kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyənləşib. Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları aydınlaşıb. Onların hamısı şübhəli şəxslər qismində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətiriliblər.