CƏMİYYƏT


İstanbulda üçüncü Beynəlxalq Qadın və Ədalət Sammiti keçirilib

Türkiyənin Sosial Xidmətlər və Ailə Nazirliyi ilə Qadın və Demokratiya Dərnəyi (KADEM) tərəfindən birgə təşkil olunan Sammitə nüfuzlu qadın, uşaq və ailə təşkilatlarının rəhbərləri və ayrı-ayrı ölkələrdən rəsmi qonaqlar qatılıblar. Tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.