CƏMİYYƏT


Tozsoranın içərisində külli miqdarda psixotrop maddə aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən "Mercedes-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, əl yükünə baxış zamanı "Fantom" markalı tozsoranın içərisindən sellofan paketdə külli miqdarda, təsiredici maddəsinin miqdarı 145,05 qram təşkil edən 967 həb MDMA (ekstazi) psixotrop maddəsi aşkar edilib.