CƏMİYYƏT


Pirotexniki məmulatlar müsadirə olunub

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 17-də keçirdikləri reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan 4600 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Sabunçu Rayon Polis İdarəsi 13-cu Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən analoji tədbir zamanı Bakıxanov qəsəbəsində partlayıcı və tezalışan maddələrin satışı ilə məşğul olan Səbuhi Həsənov da müəyyən edilərək saxlanılıb.