CƏMİYYƏT


DYP yağışlı hava şəraitinə görə yollarda nəzarəti gücləndirib

Gün ərzində yol patrul və post patrul xidmətinin əməkdaşları tərəfindən uşaq bağçaları, orta ümumtəhsil məktəbləri, iri idarə və müəssisələrin yerləşdiyi, həmçinin gölməçələr yaranan ərazilər nəzarətə götürülüb. Həmin məkanlarda piyadaların yolu təhlükəsiz şəraitdə keçməsi üçün polislər tərəfindən lazımi şərait yaradılıb.