CƏMİYYƏT


Hava limanı istiqamətində sürət həddi endirilib

Paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi - Hava Limanı istiqamətində sürət həddi endirilib. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.