CƏMİYYƏT


Əməliyyat otağı: Beyində aşkar olunan şiş xəstəni kor qoya bilərdi

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında 31 yaşlı kişinin beynində riskli əməliyyat aparılıb. Şiddətli baş ağrıları və hər iki gözündə ciddi dərəcədə görmənin azalması şikayəti ilə müraciət edən xəstənin baş beynində törəmə aşkar olunub. Əməliyyatla törəmənin çıxarılması nəzərdə tutulub. Beləliklə xəstənin görmə qüsuru da bərpa olunacaq.