CƏMİYYƏT


Bu gündən Yasamal Yaşayış Kompleksindən 174 güzəştli mənzilin satışına başlanılıb

Yanvarın 25-dən sosial mənzillərin inşası çərçivəsində Yasamal Yaşayış Kompleksində 174 mənzilin satışına başlanılıb. Həmin evlərdən isə yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququ əldə ediblər. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 10 min 242 nəfərdir. Qeyd edək ki, mənzillərin satışı fevralın 8-də saat 11-00 da yekunlaşacaq.