CƏMİYYƏT


Onlayn pul ödəyərək narkotik vasitə alan gənc saxlanılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı Kürdəmir rayon sakini Namiq Cəbrayılov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, o, ödəmə terminalları vasitəsi ilə pul köçürərək narkotik vasitə olan metamfetamin alıb. Narkotik vasitənin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, “Baba” kimi tanınan şəxs tərəfindən təşkil edilib.