Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir Ramin Quluzadə şimal bölgəsində vətəndaşların müraciətlərini dinləyib

05.04.2019 [18:30]

Xəbərin mətni
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Quba, Qusar, Xaçmaz və Şabran sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və başqa məsələlərlə bağlı olub.