CƏMİYYƏT


Bakıda 11 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Xətai rayonunda sutkanın qaranlıq saatlarında avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən şəxs saxlanılıb. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Nicat Qasımzadə N.Əliyev küçəsində cinayət başında tutularaq ərazi üzrə 37-ci Polis Şöbəsinə təhvil verilib.