CƏMİYYƏT


Gözətçi işlədiyi yerdən toyuqları oğurlayıb satdı

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən quşçuluq müəssisələrinin birindən oğurluq edilib. Zərərçəkən şəxs Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, bu ilin yanvar-aprel ayları ərzində müəssisədən külli miqdarda toyuq və toyuq məhsulları naməlum şəraitdə oğurlanıb.