CƏMİYYƏT


Çamadanda gizlədilən narkotik vasitələr aşkarlanıb

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda, İrandan Azərbaycana gələn “Volvo” markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib. Avtobusda olan sərnişin Pakistan vətəndaşı Shah Nasrat Yar Mat oğlunun əl yükünə rentgen aparatı ilə baxış keçirilərkən rəngli fonda şübhəli cizgilər müşahidə edilib.