CƏMİYYƏT


Xətai rayonunda “Eskobar”ın dəstəsinin daha bir üzvü saxlanılıb

Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin daha bir üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən əməliyyat zamanı paytaxt sakini Taleh Mehdiyev saxlanılıb. Araşdırma zamanı onun ötən ay saxlanılan “Eskobar” ləqəbli narkotacir Məhəmməd Məmmədzadə ilə birlikdə Azərbaycana qanunsuz olaraq satmaq məqsədilə narkotik vasitələr gətirdiyi sübuta yetirilib.