CƏMİYYƏT


DİN vətəndaşlara müraciət edib

Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Nazirliyin şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

 Bu müddət ərzində ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılan "Fanzone”da, habelə "Sahil” bağı və "Qış Parkı”nda təşkil edilən əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi xidmətə cəlb edilən polis əməkdaşları tərəfindən yüksək səviyyədə təmin edilir.