CƏMİYYƏT


Qubada baş verən yanğında bir nəfər xəsarət alıb

Hadisə şəhərin Mirzəbaba Tahirov küçəsində, Niftulla Əliyevə məxsus ikimərtəbəli evdə qeydə alınıb.

Yanğın nəticəsində 124 kvadratmetr sahəsi olan ev içərisindəki əşyalarla birgə tamamilə yanıb. Hadisə zamanı ev sahibinin qardaşı Əlibala Əliyev ciddi yanıq xəsarətləri alıb.

Yaralı əvvəlcə Quba Rayon Mərkəzi xəstəxanasına aparılıb. İlkin tibbi yardımdan sonra yaralının vəziyyəti ağır olduğundan Bakı şəhərinə ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib.