CƏMİYYƏT


Xaçmazda sertifikatlı və aşağı qiymətə toxum satılan mağaza açılıb

Xaçmazda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası fəaliyyətə başlayıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toxum mağazası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun özəl sektorla birgə əməkdaşlığı çərçivəsində açılıb. Dövlət özəl tərəfdaşlıq prinsipi əsasında fəaliyyət göstərəcək mağazanın açılmasında məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.