CƏMİYYƏT


Qubada “Vətənpərvər Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib

Gənclərimizin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyə olunması günümüzün vacib məsələlərindəndir. Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər iyunun 25-də Quba şəhərində keçirilən “Vətənpərvər Azərbaycan Gəncliyi” adlı tədbirdə səsləndirilib.

Tədbirin əvvəlində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunmuş film nümayiş etdirilib.