CƏMİYYƏT


Dəyişkən hava şəraiti Astarada naringi və kinkan ağaclarını qurudub

Astara rayonunda dəyişkən hava şəraiti sitrus bağlarında ağacların kütləvi şəkildə qurumasına səbəb olub. AZƏRTAC xəbər verir ki, bağlarda ağacların quruması may ayından müşahidə olunur. Rayonun Kijəbə ərazi nümayəndəliyinə daxil olan kəndlərdə ağaclarda əvvəlcə yarpaqlar, sonra üzərindəki meyvələr quruyaraq yerə tökülür, bir müddət sonra ağaclar quruyaraq yanır.