CƏMİYYƏT


Mağazalardan oğurluqlar edən dəstə üzvləri saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat ərzində etibarlı şəkildə təmin edilir. DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu sübut edən hadisələrdən biri Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Gecə saatlarında qəsəbə ərazisində xüsusi texniki avadanlıqla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub. Sabunçu Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Obyektin qapısının sındırıldığı müəyyən edilib. Bu zaman həmin ərazidən “Moskviç 21406” markalı maşının uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsi təqib edilərək saxlanılıb.