CƏMİYYƏT


Güclü külək Bakının mərkəzindəki ağacları qırdı

Ölkə ərazisində müşahidə olunan külək Bakıda fəsadlar törədib. Belə ki, şəhərin bir-neçə hissəsində hündür ağacların iri budaqları qırılaraq yola düşüb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları qırılan ağacları müvafiq olaraq ərazidən təmizləyir.