CƏMİYYƏT


Əvvəllər məhkum olunmuş şəxs mağazadan 73 ədəd telefon oğurlayıb

Bakı şəhəri, Nəsimi rayonunda yerləşən telefon mağazalarından birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən mağaza sahibi polisə müraciət edərək obyektin pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığını, oradan 2146 manat pul və dəyəri 22887 manat olan 73 ədəd müxtəlif modelli mobil telefonun oğurlandığını bildirib.