CƏMİYYƏT


Maştağadakı bağından 1 tona yaxın marixuana aşkarlandı

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Ağalar Xəlilov paytaxt ərazisində saxlanılıb. Onun Xəzər rayonu Albalılıq bağlar sahəsində yaşadığı evə baxış zamanı 13 kiloqram çəkidə qurudulmuş marixuana və narkotik vasitələrin çəkisini müəyyənləşdirmək üçün istifadə edilən elektron tərəzi aşkar olunaraq götürülüb. İlkin sorğu zamanı A.Xəlilov marixuananı Sabunçu rayonu Maştağa qəsəbəsində əkdiyini, kultivasiya yolu ilə yetişdirəndən sonra satmaq məqsədilə yaşadığı evə gətirdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır