İnfoqram


Sosial sahədə 2019-cu ilin yenilikləri - Aktual

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamları ilə iki sosial paketin icrasına başlanıb. Hər iki sosial paket 4,2 milyon insanı əhatə edir. Bura minimum əməkhaqlarının və pensiyaların, müxtəlif sahələrdə çalışanların məvaciblərinin, həmçinin müavinət və təqaüdlərin artımı daxildir. Materiala həmçinin sosial məqsədli proqram olaraq problemli kreditlərin həlli ilə bağlı məlumatlar da əlavə olunub. Bütün bu məlumatlar infoslaydda əksini tapıb. Material hazırlanarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi məlumatlarından istifadə olunub.